Bakı, Sumqayıt və Abşeronda yuxarı sinif şagirdləri üçün ənənəvi dərslərin bərpa olunacağı tarix açıqlanıb.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla dərslər ənənəvi formada bərpa olunacaq.