Bakı-Quba yolu bağlanır - SƏBƏB
22 avqust 2023 16:17 (UTC +04:00)

Bakı-Quba yolu bağlanır - SƏBƏB

Avqustun 26-da saat 1:00-dan 7:00-a qədər Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 28-ci kilometrində hər iki istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən xəbərə görə, buna səbəb həmin hissədə yerüstü piyada keçidinin tikintisidir.

Agentlik sürücülərə qeyd olunan saatlarda avtonəqliyyat vasitələrini sözügedən hissədə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun idarə etmələrini tövsiyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17336

Oxşar yazılar