Bakı-Naxçıvan reysinin pilotu uçuşu DAYANDIRDI   - SƏBƏB
17 dekabr 2022 10:13 (UTC +04:00)

Bakı-Naxçıvan reysinin pilotu uçuşu DAYANDIRDI - SƏBƏB

Güclü duman səbəbindən "Azərbaycan Hava Yolları"nın J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə Lent.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib. Məlumata görə, təyyarə saat 9:18-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4077
avatar

Oxşar yazılar