Bakı metrosunda GECİKMƏ  - SƏBƏB AÇIQLANDI
14 iyun 2021 14:51 (UTC +04:00)

Bakı metrosunda GECİKMƏ - SƏBƏB AÇIQLANDI

Bu gün günorta saatlarında Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranması barədə sosial şəbəkədə məlumat yayılıb.

Lent.az xəbər verir ki, yayılan məlumatlara əsasən, “28 May” və “Gənclik” metrostansiyalarında qatarların hərəkətində fasilə yaranıb.

Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov Lent.az-a faktı təsdiqləyib.

Bildirib ki, buna səbəb elektrik şəbəkəsində gərginliyin qısa müddətli düşməsi olub: “Buna görə də, qatarların hərəkətini tənzimləməsinə 20-30 saniyə vaxt tələb olunub. Hər hansı bir təhlükə və ya problem yaranmayıb. Qatarlar normal şəkildə fəaliyyətlərinə davam edib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2505
avatar

Mehman Nəbiyev

Oxşar yazılar