Bakı İcra Hakimiyyəti Aparatına rəhbər TƏYİN EDİLİB
14 may 2022 19:02 (UTC +04:00)

Bakı İcra Hakimiyyəti Aparatına rəhbər TƏYİN EDİLİB

Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri təyin edilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, Ayaz İmaməliyev Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri təyin olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2022-ci il  fevralın 18-dəki  sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Həmin tarixdən indiyə qədər Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri vəzifəsi müvəqqəti olaraq Ayaz İmaməliyevə həvalə olunmuşdu.

Ayaz İmaməliyev bundan əvvəl Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatında ümumi şöbənin və Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin rəisi olub.

# 2307
avatar

Oxşar yazılar