Bakı aeroportundan daha bir şəhərə uçuşlar başlayır
14 yanvar 2023 13:15 (UTC +04:00)

Bakı aeroportundan daha bir şəhərə uçuşlar başlayır

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakıdan Özbəkistan daha bir şəhərinə reyslər yerinə yetirməyə başlayır.

"AZAL"dan Lent.az-a verilən məlumata görə, yanvarın 28-dən etibarən “Azərbaycan Hava Yolları” Bakı-Ürgənc-Bakı marşrutu üzrə həftədə bir dəfə, şənbə günləri reyslərin yerinə yetirilməsinə başlamağı planlaşdırır.

Qeyd edək ki, Ürgənc AZAL marşrut şəbəkəsində Özbəkistanın dördüncü şəhəri olacaq. Aviaşirkət həmçinin Bakıdan Daşkəndə (bazar ertəsi, çərşənbə, şənbə və bazar günləri), Səmərqəndə (çərşənbə axşamı və cümə günləri) və Fərqanəyə (cümə axşamı) uçuşlar keçirir.

Uçuşların tam cədvəli ilə aviaşirkətin www.azal.az rəsmi saytında tanış olmaq mümkündür. Aviabiletləri “Azərbaycan Hava Yolları”nın saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Azərbaycana və Özbəkistana giriş qaydaları haqqında ətraflı məlumatı aviadaşıyıcının saytında, "Giriş qaydaları" bölməsindən əldə edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3168
avatar

Oxşar yazılar