“Bu il bağçalara tərbiyəçilərin imtahanla işə qəbulu nəzərdə tutulur. ”.
Lent.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev "Təhsil masası"nda deyib.
Onun sözlərinə görə, indiyə qədər tərbiyəçilər bağça müdirləri tərəfindən işə qəbul edilirdi, lakin bundan sonra xüsusi imtahanla işə götürüləcəklər:
"Müvafiq ixtisas üzrə imtahanlardan uğurla keçən müəllimlər bağçaların vakant yerlərinə qəbul ediləcək. Bu ildən bunun tətbiqi nəzərdə tutulur ki, şəffaflıq təmin olunsun".
Şöbə müdiri qeyd edir ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul isə iyul ayından başlayacaq.