Bakı şəhər Halqası Əməliyyat Şirkəti tikinti işləri ilə bağlı açıqlama yayıb.
Şirkətdən Lent.az-a verilən məlumata görə, Bakı şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda 28-30 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqlar çərçivəsində trekin keçdiyi yollarda quraşdırılma işlərinə davam edir.
Belə ki, 15 aprel gecə 22:00-dan etibarən tribunanın quraşdırılması səbəbindən "Azneft" dairəsində nəqliyyat zolağının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşacaq. Burada bütün istiqamətlərdə nəqliyyatın hərəkəti yol polisi tərəfindən tənzimlənəcək.