“Azərsun Holdinq” Xocalı faciəsini yad edib
14:45 26 fevral 2021

“Azərsun Holdinq” Xocalı faciəsini yad edib

“Azərsun Holdinq” Xocalı faciəsini yad edib - FOTO

Fevralın 26-da “Azərsun Holdinq”in kollektivi Xocalı soyqırımının 29-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

Şirkətlər qrupunun əməkdaşları abidənin önünə əklil qoyub, tər çiçəklər düzərək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər. 
Qeyd edək ki, “Azərsun Holdinq” mütəmadi olaraq Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüz siyasəti və Qarabağ həqiqətlərini dünyaya çatdırmaq məqsədi ilə müxtəlif layihələr reallaşdırır.

Xatirladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən Xocalı şəhərinin dinc əhalisinə qarşı amansızlıqla divan tutulub. 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb. Körpə uşaqlara, qadın və qocalara qarşı törədilmiş bu faciəni xalqımız heç vaxt unutmayaq.
 

# 873
avatar

Oxşar yazılar