Almaniya-Azərbaycan Radioloji Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev
09 mart 2021 10:55 (UTC +04:00)

Almaniya-Azərbaycan Radioloji Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev

Azərbaycanlı gənc həkimlər və rezidentlər üçün təqaüd ayrılacaq - ALMANİYADA

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyəti azərbaycanlı gənclərə təqaüd ayıracaq.

Bu barədə Lent.az-a təşkilatın sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev məlumat verib.

O bildirib ki, pandemiyanın yaratdığı çətinliklər aradan qalxandan sonra təqaüdlə bağlı rəsmi müraciət edilməsi üçün elan veriləcək: “Son bir neçə gündə Azərbaycanda onlayn qoşulduğum tədbirlərdə savadlı gənc həkimlərimizin olduğunu gördüm. Bu, çox xoş haldır. Onların xüsusilə də neyroradiologiya sahəsinə və insult xəstələrinin müalicəsinin Almaniyadakı təşkilinə marağını nəzərə alaraq Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri olaraq təşkilatımız adından bir neçə nəfərə təqaüd ayırmağa və onları Almaniyadakı neyroradiologiya sistemi ilə tanış olmaq üçün gətirməyə qərar verdik”.

Nuran Abdullayev deyib ki, təqaüdə rezidentlər, gənc həkimlər və insult xəstəliyinin müalicəsi ilə məşğul olan digər ixtisas sahibləri də müraciət edə biləcəklər.

Qeyd edək ki, təqaüdə müraciətlərin ildə bir dəfə olacağı nəzərdə tutulur və müraciət edənlərə Almaniyada elmi işlərdə bir başa iştirak şansı təklif ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2160
avatar

Nigar Adil

Oxşar yazılar