“Azərbaycanın yeni tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Xəlilov Polad Rəsul oğlu COVID-19 xəstəliyindən dünyasını dəyişib.
Lent.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan məlumat verilib.
“Tarix institutunun kollektivi, həmkarları Polad Xəlilovun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.
Onun xatirəsi iş yoldaşlarının və sevənlərinin qəlbində daim yaşayacaq” – məlumat qeyd olunub.