Azərbaycanın bu bölgəsinə güclü yağış yağdı -  FAKTİKİ HAVA
14 dekabr 2021 12:39 (UTC +04:00)

Azərbaycanın bu bölgəsinə güclü yağış yağdı - FAKTİKİ HAVA

Dekabrın 14-ü saat 11:00-a olan məlumata əsasən bəzi yerlərdə yağış yağıb, Lənkəran-Astara zonasında yağıntı intensiv olub.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, düşən yağışın miqdarı: Lənkəranda 21.0 mm, Astarada 8.0 mm, Zərdab, Salyan, Hacıqabul, Neftçalada 3.0 mm, Biləsuvar, Lerik, Xaçmazda 2.0 mm, Quba, Naftalan, Şəmkir, Ağdam, Bərdə, Yevlax, İmişli, Cəfərxanda 1.0 mm-dək, Bakıda 2.0 mm, Sumqayıtda 1.0 mm-dək olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7°- dək isti, aran rayonlarında 6-9° isti, dağlıq rayonlarda 2-4° şaxta, Naxçıvan MR-da 0-6° şaxta təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1908
avatar

Oxşar yazılar