Dekabrın 4-də axşam saatlarından başlayaraq şimal bölgəsinə qar yağıb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, Qubanın rayon mərkəzində qarın hündürlüyü 3, Xaltan və Qrız kəndlərində 2 santimetr olub.
Xızının Altıağac qəsəbəsində 11 sm, Qusarın rayon mərkəzində isə 2 sm qar müşahidə olunub.
Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 11 dərəcəyədək enib.