Azərbaycanda "WhatsApp"lara KÜTLƏVİ HÜCUM:  belə qorunun
04 fevral 2026 14:14 (UTC +04:00)

Azərbaycanda "WhatsApp"lara KÜTLƏVİ HÜCUM: belə qorunun

0

Son günlər Azərbaycanda bir çox insan “WhatsApp hesablarına naməlum giriş cəhdləri ilə bağlı bildirişlər aldıqlarını bildirirlər.

Bəs görəsən, bu haldan narahatlıq duymağa dəyərmi? “WhatsApp” hesabı hansı halda oğurlana bilər?

Məsələ ilə bağlı kibertəhlükəsizlik üzrə beynəlxalq təlimçi və konsultant Vüsal Salmanlı Lent.az-a açıqlamasında bildirib ki, bu cür halların artması əksər hallarda kiberhücum cəhdi kimi qiymətləndirilə bilər:

“Müşahidə edilən bu hallar adətən WhatsApp hesablarının ələ keçirilməsi məqsədi daşıyan avtomatlaşdırılmış hücumlardır. Əsas hədəf istifadəçini SMS-lə gələn giriş kodunu paylaşmağa məcbur etməkdir. Bəzi hallarda WhatsApp hesablarına giriş mümkündür, lakin bu, əsasən giriş kodu başqasına ötürüldükdə, saxta linklərə daxil olduqda, eləcə də telefonun təhlükəsizliyi zəif olduqda baş verir.

Əgər hesab ələ keçirilərsə, şəxsi yazışmalar oxuna, kontaktlara istifadəçinin adından mesajlar göndərilə, eyni zamanda dələduzluq və şantaj halları yarana bilər. Bunlarla yanaşı hesab müvəqqəti və ya tam bloklana bilər”.

V.Salmanlı hesabı kiberhücumdan qorumağın bir sıra yollarından bəhs edib:

“Əvvəlcə hesabda iki mərhələli doğrulamanı (2FA) aktiv etmək lazımdır. Bundan əlavə heç vaxt SMS-lə gələn kodu paylaşmamaq, şübhəli linklərə daxil olmamaq, telefonu mütəmadi yeniləmək və qorumaq, “WhatsApp Web üzərindən naməlum sessiyaları yoxlamaq mütləqdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 560

Oxşar yazılar