Təhsil tələbə kreditlərinin verilməsinə başlanıldığı 25 noyabr 2021-ci il tarixindən 30 noyabr 2022-ci il tarixinədək Fonda 17 000-dən çox tələbə müraciəti daxil olub.
Elm və Təhsil Nazirliyindən Lent.az-a verilən xəbərə görə, 2022-2023-cü tədris ilinin payız semestri üzrə 7 000-dən çox tələbə müraciət edib, onlardan 4265 nəfər tələbənin müraciəti rəsmiləşdirilib. Həmin müraciətlər üzrə 1641 nəfər sosial TTK, 2624 nəfər isə standart TTK-dan yararlanıb.