Azərbaycanda son sutkada COVID-19-dan ölən olmayıb
03 aprel 2022 16:39 (UTC +04:00)

Azərbaycanda son sutkada COVID-19-dan ölən olmayıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 42 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19-la bağlı ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 061 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 023 nəfər müalicə olunaraq sağalıb, 9 697 nəfər vəfat edib, aktiv xəstə sayı 341 nəfərdir.

Ölkədə son sutka ərzində 4 048, hazırkı dövrədək isə 6 714 357 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2682
avatar

Oxşar yazılar