Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalında məlumat yer alıb.
Qeyd olunub ki, vəfat edən tələbələrin 33-ü bakalavr, 5-i magistr, 67-si tam orta ixtisas, 95-i isə ümumi orta ixtisas bazasında təhsil alıblar.