Azərbaycanda "Omicron"  aşkarlandı?  - Baş infeksionistdən  CAVAB
22 dekabr 2021 18:31 (UTC +04:00)

Azərbaycanda "Omicron" aşkarlandı? - Baş infeksionistdən CAVAB

“Omicron”un xüsusi əlamətləri yoxdur. Digər respirator virusların əlamətlərini təkrarlayır. Bəzi mənbələrin yazdığına görə, boğaz, baş ağrısı, hərarətin yüksəlməsi, əzginlik xüsusən də həddən artıq ümumi zəiflik halları ilə özünü göstərir”.

Bu sözləri Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, artıq 100-dən çox ölkədə “Omicron”  yayılıb:

“Bizi əhatə edən qonşu ölkələrin əksəriyyətində bu virus var. Təbii ki, Azərbaycana gəlməsi də istisna edilmir. Amma hələ bu haqda rəsmi məlumat verilməyib. Epidemioloji vəziyyət izlənilir. “Omicron”un uşaqlar üçün təhlükəli olması ilə bağlı sübutlar yoxdur.  Sadəcə olaraq bəziləri “Omicron”a cavan nəslin daha çox yoluxduğunu bildirir.

Bu ştammın son mutasiya olacağını deyə bilmərik. Çünki insanlar tam peyvənd olunmasa, yeni mutasiyalar yaranacaq və dünyaya yayılacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3702
avatar

Aytəkin Cəlali

Oxşar yazılar