Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlardan 2 nəfər ölüb.
Azərbaycanda indiyədək ümumilikdə 829 799 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 819 172 nəfər müalicə olunaraq sağalıb, 10 184 nəfər vəfat edib, aktiv xəstə sayı 443 nəfərdir.
Ölkədə son sutka ərzində 1 555, hazırkı dövrədək isə 7 559 748 test aparılıb.