“Son sutkada 8784 test aparılıb, yeni növ koronavirusa (COVİD -19) 376 yoluxma halı qeydə alınıb, 16 nəfər vəfat edib.
Lent.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
Y. Qarayeva bildirib ki, pandemiya dövründə indiyə qədər 600 mindən çox COVİD-19-a yoluxma olub, 6 milyondan çox test aparılıb, 8 minə yaxın insan ölüb.