Azərbaycanda koronavirusdan 123 nəfər sağaldı - SON STATİSTİKA  - VİDEO
19 iyun 2021 17:16 (UTC +04:00)

Azərbaycanda koronavirusdan 123 nəfər sağaldı - SON STATİSTİKA - VİDEO

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 335437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329462 nəfər müalicə olunaraq sağalıb, 4961 nəfər vəfat edib, aktiv xəstə sayı 1014 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7254, ötən müddət ərzində isə ümumilikdə 3668281 test aparılıb.

# 2463
avatar

Oxşar yazılar