Bakı Slavyan Universitetin keçmiş rektoru, professor Bayram Tahirbəyov vəfat edib.
Lent.az bildirir ki, bu barədə Bakı Dövlət Universitetinin professoru Nüşabə Sadıxlı məlumat yayıb. Onun bildirdiyinə görə, B.Tahirbəyov iyulun 8-də vəfat edib və bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.
Bayram Tahirbəyov Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda rus dili və xarici dil müəllimlərinin ixtisasartırma fakültəsində ümümi və rus dilçiliyi, ümumi və slavyan filologiyası fənlərini tədris edib. O, eyni zamanda, 1988-ci ildən 1989-cu ilə qədər M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (hazırki Bakı Slavyan Universitetinin) rektoru vəzifəsində işləyib. Rus dili və rus ədəbiyyatı, ümumi filologiya tədqiqi, elmin metodologiyası üzrə 100-dən çox elmi işlərin müəllifidir.