Azərbaycanda itkin düşənlər ən çox haradan TAPILIR? - RƏSMİ
03 iyun 2022 10:33 (UTC +04:00)

Azərbaycanda itkin düşənlər ən çox haradan TAPILIR? - RƏSMİ

Demək olar hər gün mediada insanların itkin düşmələri barədə məlumatlara rast gəlirik. Bu xəbərlərin içərisində gənclərin, yeniyetmələrin evdən gedib bir daha geri qayıtmamaları da üstünlük təşkil edir. Belə hadisələrə görə, cəmiyyəti düşündürən ilk sual itkin düşənlərin hara getmələri və onların haradan tapılmasıdır.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, ilkin olaraq itkin düşən şəxsin gedə biləcəyi ünvanlar araşdırılır:

Elşad Hacıyev

“Xəbərsiz itkin düşmə halları ilə bağlı polis orqanına daxil olan məlumatlara çevik reaksiya verilməklə, dərhal axtarış işi açılır. Bununla bağlı polis daxili rabitə ilə məlumatlandırılmaqla, axtarışlara başlayır. İlkin olaraq, həmin şəxsin gedə biləcəyi ünvanlar və digər zəruri tədbirlərin icrasına başlanılır. İtkin düşmə halı ilə bağlı xüsusi təsnifat, başqa sözlə, artım indeksi müşahidə edilmir. Əsasən xəbərsiz itkin düşmə halları içərisində ailə üzvlərini məlumatlandırmadan yaxın qohumlarının, tanışlarının yanına getmə halları çoxluq təşkil edir”.

# 2148
avatar

Mehman Nəbiyev

Oxşar yazılar