Azərbaycanda  İLK və UNİKAL   əməliyyat: Bir yaşlı uşağa...
11 oktyabr 2021 10:38 (UTC +04:00)

Azərbaycanda İLK və UNİKAL əməliyyat: Bir yaşlı uşağa...

Azərbaycanda ilk dəfə qida borusunun əvəzlənməsi əməliyyatı icra olunub.

Lent.az-ın məlumatına görə, qida borusunun fistulsuz atreziyası (qida borusunun böyük qisminin anadangəlmə olmaması) ilə doğulmuş uşağa yenidoğulan dövrdə uşaq cərrahı Gündüz Ağayev tərəfindən Ezafaqo və Qastrostomiya əməliyyatı icra olunub.

1 il müddətində mədəyə qoyulmuş rezin boru ilə qidalanan uşaq 1 yaşında növbəti cərrahi əməliyyat üçün "Leyla Medical Center"ə gətirilib və xəstəyə yenə Rusiya Federasiyasının tibb elmləri doktoru Gündüz Ağayev tərəfindən, bu qüsur zamanı Azərbaycanda ilk dəfə olaraq qida borusunun əvəzlənməsi əməliyyatı icra edilib. Əməliyyatda mədə arxa divararalığından, ürəyin, aortanın və traxeyanın arxasından boyuna çıxarılaraq, qida borusunun ucu ilə birləşdirilib.

Doğulandan ağızdan qida qəbul etməyən uşaq əməliyyatdan sonra 1 ay müddətində qismən ağızdan, qismən də nazik bağırsağa yerləşdirlimiş zondla qidalanıb. Udmağı öyrəndikdən sonra ağızdan tam qidalandığına görə, nazik bağırsağa qoyulmuş zond xaric edilib.

Qeyd edək ki, körpənin hazırda vəziyyəti yaxşıdır və daima nəzarətdə saxlanılır. 

# 4962
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar