Azərbaycanda  hansı gülləri   dərmək olmaz, cəriməsi nədir?
18 aprel 2023 19:40 (UTC +04:00)

Azərbaycanda hansı gülləri dərmək olmaz, cəriməsi nədir?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu qırılması və ya kəsilməsi qadağan olunan bitkilərlə bağlıdır.

Dünyanın əksər ölkələrində xüsusi bitkilər var ki, onların kəsilməsinə görə böyük cərimələr mövcuddur. Hətta Türkiyədə düzənlik ərazidə bitən çiçək növlərindən birinin qoparılmasına görə, 25 min lirə (təxminən 2192 manat) cərimə nəzərdə tutulub.

Bəs görək, Azərbaycanda da elə bitkilər, güllər varmı?

Rubrikamızın sualına Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cavab verilib. Bildirilib ki, respublika ərazisindəki yaşıllıqlara dəymiş ziyan Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarı ilə hesablanır:

“Belə ki, yaşıllıq sahələrinə, ağac, kol, gül-çiçək və ot bitkilərinə dəymiş ziyana görə təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər məsuliyyət daşıyırlar. Xüsusilə “Qırmızı Kitab”a daxil olan bitkilərin məhvi (o cümlədən gül-çiçək) ilə bağlı isə cərimələr 10 qat hesablanır. Bu cərimələr sözügedən qərara əsasən hər bir növ üçün fərqlidir.

Dəymiş ziyanın miqdarından asılı olaraq fiziki, vəzifəli və hüquqi şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəlləsinə uyğun olaraq cərimə edilirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6537
avatar

Oxşar yazılar