Azərbaycanda jurnalist koronavirusdan vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, dekabrın 10-da koronavirusa yoluxan jurnalist Fuad Əlizadə bu gün dünyasını dəyişib.
Qeyd edək ki, o, uzun illər rusdilli mətbuatda çalışıb.