Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, infeksiyadan ölüm faktı aşkarlanmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 823 258 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 986 nəfər müalicə olunaraq sağalıb, 9 944 nəfər vəfat edib, aktiv xəstə sayı 328 nəfərdir.
Ölkədə son sutka ərzində 1020, hazırkı dövrədək isə 7 320 320 test aparılıb.