Azərbaycanda COVID-19-a 14 nəfər yoluxdu:  Ölüm sayı...
16 aprel 2022 16:42 (UTC +04:00)

Azərbaycanda COVID-19-a 14 nəfər yoluxdu: Ölüm sayı...

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 14 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxanlar arasında ölüm halı olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 346 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 506 nəfər müalicə olunaraq sağalıb, 9 705 nəfər vəfat edib, aktiv xəstə sayı 138 nəfərdir.

Ölkədə son sutka ərzində 3 776, hazırkı dövrədək isə 6 766 600 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2511
avatar

Oxşar yazılar