Azərbaycan 10 erməni hərbçini Ermənistana qaytardı
04 dekabr 2021 18:28 (UTC +04:00)

Azərbaycan 10 erməni hərbçini Ermənistana qaytardı

 

Azərbaycan Respublikası humanizm prinsiplərini əsas tutaraq dekabrın 4-də 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil vermişdir.

Dövlət Təhlükəsizliyi Xidmətindən Lent.az-a verilən məlumata görə, təhvil verilmiş şəxslər noyabrın 16-da Ermənistan silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılmışlar.

Qeyd olunmalıdır ki, humanizm prinsiplərinə sadiq olan Azərbaycan Respublikası bir müddət öncə 26 noyabr 2021-ci il tarixində erməni əsilli bir mülki şəxsi və bir hərbi qulluqçunun Ermənistan tərəfinə təhvil verilməsini təmin etmişdir.

Eyni zamanda aparılmış danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim etmişdir.

Mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik missiyasına görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4410
avatar

Oxşar yazılar