Aprelin 4-də atmosfer havasının keyfiyyəti belə olub
05 aprel 2023 02:02 (UTC +04:00)

Aprelin 4-də atmosfer havasının keyfiyyəti belə olub

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı normadan 1.7, azot-4 oksidin miqdarı Gəncə şəhərində 1.2, Sumqayıt şəhərində 1.1 dəfə yüksək müəyyən edilib.

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1929
avatar

Oxşar yazılar