Türkiyənin Antalya şəhərində yaşayan 4 uşaq anası olan 26 yaşlı Gizem Y. və 32 yaşlı Onur Y. ilə dalaşdıqdan sonra başqa şəhərə gedib.
Lent.az ölkə mediasına istinadən xəbər verir ki, uşaqların sağlığından narahat olan qonşular bununla bağlı polisə müraciət edib. Evə gələn qurum üzvləri yaşları 1, 3, 5 və 5 aylıq olan uşaqları huşsuz vəziyyətdə tapıblar.
Qonşular müraciətdə bildiriblər ki, ana 2 gündür yoxdur və uşaqlara, hətta 5 yaşındakına belə yalnız uşaq yeməyi verilir.
Polislə birlikdə evə gələn təcili tibbi yardım işçiləri əvvəlcə uşaqların müayinəsini aparıblar. Bu müddətdə ata Onur Y. həyat yoldaşına zəng edərək, evə gəlməsini istəyib. Ana isə başqa şəhərdə olduğu üçün ancaq gecə gəlməyinin mümkünlüyünü deyib.
Uşaqları xəstəxanaya aparmağa çalışan tibb işçilərinə Onur Y. imkan verməyib. Uşaqların dövlət sığınacağına yerləşdiriləcəyini bilən ata əsəb sarsıntısı keçirib və güclə sakitləşdirilib. Sonra uşaqlar xəstəxanaya, Onur Y. isə polis mərkəzinə aparılıb.