AMEA-nın ümumi yığıncağı BU TARİXDƏ OLACAQ  - PROQRAM
21 aprel 2022 15:50 (UTC +04:00)

AMEA-nın ümumi yığıncağı BU TARİXDƏ OLACAQ - PROQRAM

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağının keçiriləcəyi tarix məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, AMEA-nın ümumi yığıncağı aprelin 27-də akademiyanın əsas binasında baş tutacaq.

Ümumi yığıncağın proqramı da məlumdur.

Proqrama əsasən, AMEA-nın vitse-prezidentləri Rasim Əliquliyev, Dilqəm Tağıyev, İbrahim Quliyev, İradə Hüseynova, İsa Həbibbəyli və Gövhər Baxşəliyeva ötən ildəki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabat verəcəklər.

Bundan başqa, yığıncaqda AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin hesabatları dinləniləcək.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli qurumun nizamnaməsi haqqında məruzə edəcək. 

Ümumi yığıncaqda AMEA-nın yeni prezidentinin seçiləcəyi də istisna edilmir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5172
avatar

Fidan İlqar

Oxşar yazılar