Ailəsini qətl edən Əhmədi hansı cəza gözləyir? - CAVAB
14 fevral 2024 13:21 (UTC +04:00)

Ailəsini qətl edən Əhmədi hansı cəza gözləyir? - CAVAB

Ötən gün Bakının Xətai rayonunda baş vermiş dəhşətli qətl ölkə gündəmini zəbt edib.

Belə ki, Bakı şəhər sakini, 25 yaşlı Əhməd Əhmədov atasını, anasını, azyaşlı qardaşını, bacısını və bacısının azyaşlı övladını xüsusi amansızlıqla öldürüb.

Hadisənin törədilmə səbəbləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib. Digər bir maraqlı nüans neçə insanın həyatına son qoyan Əhməd Əhmədovu hansı cəzanın gözləməsidir.

Maraqlıdır, anasını, qardaşını, atasını, bacısını və bacısı qızını öldürən şəxsi nə qədər cəza gözləyir?

Lent.az-ın sualını cavablandıran “Norma” hüquq mərkəzinin rəhbəri Şamil Paşayev bildirib ki, həmin şəxs hələ şübhəli statusundadır:

“Baş verən hadisə ilə bağlı şəxs şübhəli statusundadır. Əgər həmin şübhələr doğru çıxarsa olunarsa, məhkəmə qərarı ilə Əhməd Əhmədovun həmin cinayəti törətməsi təsdiqlənərsə, ona 14 ildən 20 ilə qədər və yaxud ömürlük azadlıqdan məhrum edilmə cəzası verilə bilər.

Şəxsin əməlində 2 və daha artıq insanı öldürmə, xüsusi amansızlıq cinayət tərkibi olduğu ehtimal edilir. Amma istintaqın gedişi zamanı başqa nüanslar da araşdırılmalı, hadisəni motivi, səbəbi öyrənilməlidir”.

Hüquqşünas sosial şəbəkələrdə qətli törədən şəxsin psixoloji vəziyyətinə dair yayılan məlumatlarla bağlı da fikirlərini bölüşüb:

“Bu barədə məlumatlar paylaşılır. Qeyd etmək lazımdır ki, bunla bağlı ekspertiza keçirilməlidir. Şəxsin həqiqətən anlaqlı və ya anlaqsız olması sübuta yetirilməlidir. Əgər şəxs hadisəni törədən zaman anlaqsız olubsa, onda tibbi xarakterli məcburi göstərişlər tərtib edilə bilər.

Amma nəzərə almaq lazımdır ki, bu şəxsin barəsində məhkəmənin yekun qərarı olmadığı üçün sosial şəbəkələrdə cəllad, qatil, cinayətkar kimi sözlərin istifadə edilməsi qanunsuz və əsassızdır. Sabah məhkəmənin və ya istintaqın başqa qərara gəlməsi mümkündür”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13566
avatar

Fidan İlqar

Oxşar yazılar