Ailənin hər üzvü üçün 15 manat - Fitrə pulu dəyişdi? 
18 aprel 2023 14:58 (UTC +04:00)

Ailənin hər üzvü üçün 15 manat - Fitrə pulu dəyişdi? 

Ramazan bayramı İslam dinində özünəməxsus yer tutan bayramlardan biridir. Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatı Ramazan ayının son günü verilir. 

Maraqlıdır görəsən, Ramazan bayramında nə qədər fitrə verməliyik? Fitrə vermək insanların imkanına görə dəyişirmi? 

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev Lent.az-a açıqlamasında bildirib ki, fitrə sözünün mənası fitrət sözündən irəli gəlir. 

Onun sözlərinə görə, Allah təala bizim fitrətimizdə insanlıq dəyərlərini qoyub:

“Biz-birimizə kömək edir, əl tuturuq. Fitrə anlayışı da bu mənanı kəsb edir. Ona görə də Ramazan bayramı həmçinin Fitr bayramı da adlanır. Hər bir insan bayram axşamından bir gün əvvəl fitrə zəkatını çıxartmalıdır. Yəni bu ilki təqvimə əsasən Ramazan bayramı ayın 21-nə təsadüf edir. Artıq ayın 20-də biz fitrə zəkatını çıxartmalıyıq. Ailə başçısı ailəsindəki hər bir insanın adına fitrə zəkatı çıxartmalıdır. Fitrə zəkatını buğda, un, xurma, kişmiş, düyü və qarğıdalı kimi məhsullarla, eləcə də pul şəkilində vermək olar. Belə ki, ailədə adambaşına bu məhsullardan 3 kiloqram olmaqla fitrə zəkatı verilə bilər. Ailədəki hər bir üzvün adına 3 kilo fitrə zəkatı verilə bilər. Lakin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən fitrənin pul şəkilində çıxarılması tövsiyə olunur. Bu il bu zəkatın ailənin hər üzvü üçün orta hesabla 10-15 manat verilməsi məqsədəuyğundur. İnsanın maddi durumu yaxşıdırsa, minimum ərzaq pay verməklə kifayətlənməməlidirlər. Maddi durumu aşağı olan, təqaüdlə yaşayan, borcu olan və ailəsini dolandıra bilməyənlər fitrə verməyə bilər”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20604
avatar

Arzu Qurbanlı

Oxşar yazılar