“Yoluxanlarla sağalanların sayı bu gün demək olar ki, bərabərləşib. Bu, yaxşı bir haldır”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
TƏBİB-in şöbə müdiri deyib ki, insanlar maska və digər tələblərə daha çox riayət edirlər: “Əgər biz hamımız əlbir olmasaq, bir yerdə xəstəliyə qarşı mübarizə aparmasaq, bu bəlaya qalib gələ bilmərik”.