İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı Respublikada həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək məqsədi ilə maraqlı aksiya təşkil edilib.
DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, İsmayıllı RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən avtonəqliyyat vasitələri saxlanılaraq, sürücü və sərnişinlərə tibbi spirt, maska və əlcək verilib. Həmçinin gigiyena qaydalarına riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Polis əməkdaşları həmin şəxslərə evdə qalmaları və ehtiyac olmadığı təqdirdə çölə çıxmamalarını tövsiyə ediblər.
Sürücülər də onlara göstərilən diqqət və qayğıya görə, öz minnətdarlıqlarını bildiriblər.