Yeni virus bu yolla da yoluxur- DİQQƏT!
06 aprel 2020 13:15 (UTC +04:00)

Yeni virus bu yolla da yoluxur- DİQQƏT!

Koronovirus-Covid-19-un əsas yoluxma mənbələrindən birinin də nəcis olduğu bildirilir. Koronavirusun əlamətlərindən birinin ishal olduğuna istinad edən mənbələr məhz bu səbəbdən ifraz olunan nəcisdən virusa yoluxma mümkün olduğunu vurğulayırlar. Məlumatlara görə, Çində yeni virusun yayıldığı Uhan şəhərində də ilkin yoluxmaların təxminən 10 faizi məhz bu yolla ötürülüb. Ona görə də ayaqyollarında gigiyena qaydalarına ciddi əməl etmək tövsiyə edilir. Bəs virusun nəcislə yoluxma ehtimalı nə qədərdir?

e-tibb.az koronavirusinfo.az saytına istinadən bildirir ki, xəstəliyə yoluxmuş insanın nəcisindən COVID-19 xəstəliyinə tutulma riski aşağı hesab olunur. İlkin tədqiqatlara əsasən, bir sıra hallarda virus nəcisdə aşkarlana bilər, lakin hazırda xəstəliyin yayılmasında bu faktor əsas rol oynamır.

Bildirilir ki, bu riski tamamilə sıfıra endirmək də olmaz. Ona görə də ayaqyolundan istifadə etdikdən sonra və qida qəbul etməzdən əvvəl əllərin müntəzəm olaraq yuyulması vacibdir.

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yayılması ilə bağlı davam edən tədqiqatların nəticələrini öyrənir və məlumatlar yeniləndikcə ictimaiyyətlə açıqlama verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1848
avatar

Oxşar yazılar