Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət
Məşğulluq Agentliyi əsasən həssas əhali qruplarından olan
şəxslərin özünüməşğulluq proqramına cəlb olunması işləri davam etdirir.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, bu ilin ötən dövründə 8 minə yaxın işsiz və işaxtaran şəxs proqrama cəlb olunub. Onlardan artıq 3200-dən çox şəxsə biznes planlarına uyğun olaraq mal və materiallar formasında aktivlər verilməklə, kiçik ailə təsərrüfatları yaradılıb.
2020-ci il ərzində proqram çərçivəsində 12 min ailənin kiçik biznesə
çıxışının təmin edilməsi nəzərdə tutulub. Proqramın icrası zamanı əlilliyi
olan şəxslərə, şəhid ailələrinə, məcburi köçkünlərə, ünvanlı sosial yardım
alan ailələrin üzvlərinə, qadınlara daha çox üstünlük verilir.