Xüsusi karantin rejimi ilə bağlı qeydiyyatdan keçən şirkət əməkdaşlarının sayı AÇIQLANDI
03 aprel 2020 12:37 (UTC +04:00)

Xüsusi karantin rejimi ilə bağlı qeydiyyatdan keçən şirkət əməkdaşlarının sayı AÇIQLANDI

"Fəaliyyətinə icazə verilən qurumların əməkdaşlarının icazəsi üçün nəzərdə tutulan icaze.gov.az saytı bu gün saat 10:00-da fəaliyyətə başlayıb".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın 2 aprel qərarı ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib. Onun sözlərinə görə, artıq icazələr portalına bu saata qədər 3500-ə yaxın təşkilat və qurum 6500-ə yaxın əməkdaş barədə məlumatı sistem üzərindən qeydiyyatdan keçirib:

"Hazırda sistemdə müəyyən qədər yükləmə var. Bunun da səbəbi odur ki, vətəndaşlar da icazə portalına daxil olaraq icazə almağa çalışırlar. Sistem üzərində iş gedir ki, daha da mükəmməl olsun. Bu sistem çox qısa müddət ərzində hazırlanıb, bunun da səbəbi karantin rejimi ilə əlaqədar sürətli qərarların verilməsidir. Ancaq sayt dayanmayıb, yüklənmə olsa da, işləyir". C.Salmanov deyib ki, icazələr sistemindən yalnız fəaliyyətinə icazə verilən qurumlar qeydiyyatdan keçə bilər: "Eyni zamanda qurumlardan xahiş edirik ki, sistemə yalnız fəaliyyətinə icazə verdikləri əməkdaşlar barədə qeydlər etsinlər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1365
avatar

Oxşar yazılar