Xəstəxanaya yerləşdirilən deputatdan YENİ XƏBƏR
22 noyabr 2019 10:51 (UTC +04:00)

Xəstəxanaya yerləşdirilən deputatdan YENİ XƏBƏR

Milli Məclisin deputatı Yevda Abramovun müalicəsinə Mərkəzi Klinik Xəstəxanada davam edilir.

Bu barədə Lent.az-a deputatın qızı məlumat verib. O bildirib ki, həkim əsas müalicəyə bu gündən başlayacaq:

“Vəziyyəti getdikcə stabilləşir. Şükür yaxşıdır, düzəlməyə doğru gedir.

Atam 2 il əvvəl onkoloji xəstəlikdən əməliyyat keçirib, ondan sonra isə kimyəvi terapiya qəbul edir. Buna görə də immuniteti zəifləyib”.

Qeyd edək ki, Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavinidir.

# 1465
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar