Virusun istidə  azalması sübut olunmayıb - ÜST
24 aprel 2020 14:59 (UTC +04:00)

Virusun istidə azalması sübut olunmayıb - ÜST

İsti aylarda virusun azalması sübut olunmayıb.

APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının virtual mətbuat konfransında ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

Onun sözlərinə görə, ancaq Günəş altında virus innaktiv olur: “Amma yay aylarının gəlməsi ilə virusun azalacağı ilə bağlı qeyd yoxdur. Hazırda isti ölkələrdə də xəstəlik görünür. Bir qədər azalma ola bilər, yayda insanların davranışları da dəyişir, daha çox çölə çıxırlar. Bununla bərabər hər il payızda infeksiya artır, yenə arta biləcəyi düşüncəsi var. Bu, bizim reallığımızdır, bunu anlamağımız, qəbul etməyimiz lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 823
avatar

Oxşar yazılar