Koronavirusa görə karantində olan gənclər onlara xidmət edən personalın, TƏBİB, İcbari Tibbi Sığorta Agentliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin əməkdaşlarının, AZAL pilotlarının, otel işçilərinin, ləvazimat və qida daşıyan yük maşını sürücülərinin, xadimələrin əziyyətlərini qiymətləndirmək, onlara təşəkkür etmək üçün qapılarından belə ismarıclar asıblar.
Lent.az -ın məlumatına görə, gənclər xüsusi kombinezon, maska və eynək taxdıqlarına görə üzləri görünməyən insanları #görünməyənqəhrəmanlar adlandırırlar.
O gözə görünməz fəlakətlə fədakarlıqla mübarizə aparan Azərbaycan həkimi - sən qəhrəmansan. Sənin bu bayram günü ən böyük hədiyyən elə bu açıqcalardır.