Almaniya, Macarıstan və Türkiyədən daha 49 nəfər Azərbaycan vətəndaşı təxliyə edilib.
APA-nın yerli bürosunun xəbərinə görə, Azərbaycan vətəndaşları bu gün saat 03:00 radələrində Türkiyə-Gürcüstan sərhədində Sarp gömrük keçid məntəqəsindən Gürcüstan ərazisinə daxil olublar.
Onlar Gürcüstan tərəfinin ayırdığı xüsusi avtobuslarla polisin müşayiəti altında “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə gətiriliblər və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) təhvil veriliblər.
Qeyd edək ki, 16 nəfər Almaniya, 1 nəfər Macarıstan, 32 nəfər isə Türkiyədən təxliyə edilib.
Xatırladaq ki, bundan əvvəl Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Türkiyə və Avropadan 170 Azərbaycan vətəndaşının təxliyəsi təşkil edilib.