Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı tərəfindən start verilən təmiz əllər kampaniyası davam edir.
İcbari Tibbi Sığorta Agentliyindən Lent.az-a verilən məlumata görə, BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzaidən estafeti qəbul edən İqtisadiyyat naziri Mikayil Cabbarov kampaniyada iştirak edib və estafeti UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Kavardinə ötürüb.
Kampaniyanın məqsədi əlləri mütəmadi olaraq düzgün qaydada sabunla yumaq və diqqəti koronavirusla mübarizəyə yönəltməkdir.