Tibbi maskaya alternativ TAPILDI: koronavirusdan qorunmaq üçün onu təklif edirlər
09 aprel 2020 10:14 (UTC +04:00)

Tibbi maskaya alternativ TAPILDI: koronavirusdan qorunmaq üçün onu təklif edirlər

İngilis alimləri COVID-19 pandemiyası şəraitində yardımçı olacaq qeyri-adi fərdi qoruyucu vasitə yaradıblar.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, yenilik koronavirusdan qorunmaq üçün şarfdır. Onun müəllifləri Mançester texnologiya institutunun əməkdaşlarıdır.

Alimlərin sözlərinə görə, şarfın tibbi maska ilə müqayisədə üstünlükləri var. Söhbət ondan gedir ki, xüsusi şarfı bir neçə saat fasiləsiz istifadə etmək mümkündür. Bu zaman insan heç bir narahatlıq hiss etməyəcək. Tibbi maskaları isə yalnız 2 saat müddətində taxmaq mümkündür.

Bundan əlavə, yeni müdafiə vasitəsinə maskadan fərqli olaraq əllə toxunmaq da olar. Şarf həm də təkrar istifadə edilə bilən bir qoruyucu vasitədir: yuyula bilər.

Alimlərin fikrincə, şarfın kütləvi istehsalı COVID-19 pandemiyası üçün xarakterik olan problemi həll edəcək. Söhbət şəxsi qoruyucu vasitələrin - maskalar, əlcəklər, eynəklər və s. olmamasından gedir.

Onunla standart şarflar arasındakı fərq xüsusi bir üsulla hazırlanan parçadan olmasıdır. Buna görə viruslar qoruyucu təbəqəyə "yapışır" və bədənə daxil olmur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1792
avatar

Oxşar yazılar