Təhsil naziri canlı proqramda uşaqları təbrik etdi
23 aprel 2020 18:50 (UTC +04:00)

Təhsil naziri canlı proqramda uşaqları təbrik etdi

Təhsil naziri Ceyhun Bayramov 23 Aprel - Milli Suverenlik ve Uşaq Bayramı Günü münasibətilə Yunus Əmrə İnstitutunun təşkil etdiyi canlı proqrama qatılıb.

Lent.az xəbər verir ki, təhsil naziri bu günün yalnız Türkiyə Respublikasının deyil, bütün dünyanın uşaqlarına hədiyyə edilən bir gün olduğunu deyib.
Nazir ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində mövcud olan əlaqələrin daha da inkişaf etdiyini deyib, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi istiqamətində iki ölkə arasında hüquqi bazanın möhkəmləndirildiyini bildirib. Bu gün onlarla "Qardaşlaşmış məktəblər"in  mövcudluğunu qeyd edən Təhsil naziri universitetlərin müxtəlif birgə və ikili diplom proqramlarının qurulması üzərində səylərini davam etdirdiyini deyib.

Ceyhun Bayramov bu günlərdə uşaqların təhsildən kənarda qalmaması üçün Azərbaycan və Türkiyə dövlətlərinin yaratdığı imkanları vurğulayıb və uşaqları bu gün münasibətilə bir daha təbrik edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8291
avatar

Aygün İbrahimli

Oxşar yazılar