Suqovuşanın suyundan səmərəli istifadə məqsədilə tender keçiriləcək
19 oktyabr 2020 13:01 (UTC +04:00)

Suqovuşanın suyundan səmərəli istifadə məqsədilə tender keçiriləcək

Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun torpaqlarımızın erməni qəsbkarlarının işğalından azad edilməsi uğrunda apardığı əks hücumlar nəticəsində bir çox ərazilərimizin, o cümlədən Tərtər rayonu Suqovuşan kəndinin işğaldan azad olunması və orada yerləşən su anbarından və hidroqovşaqdan əkin sahələrinə suyun verilməsi ölkəmizdə böyük sevinclə qarşılanıb.

Nazirlər Kabinetindən Lent.az-a verilən məlumata görə, bunu nəzərə alaraq, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentinin 27.07.2020-ci il tarixli 2178 nömrəli sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına əsasən yenidən qurulması nəzərdə tutulan 22 hidroqovşaq, kollektor və suvarma kanallarının içərisindən prioritet layihə olaraq Tərtərçay hidroqovşaq suvarma sisteminə daxil olan Tərtərçay Sol Sahil və Xanarx kanallarının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsi ilə bağlı məsləhətçi layihə şirkətinin seçilməsi məqsədilə “Azmelsutəsərrüfat” ASC tərəfindən tender elanı verilib.

Bu kanalların yenidən qurulması ilə Tərtər, Goranboy, Yevlax və Bərdə rayonlarının 20 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526
avatar

Aygün İbrahimli

Oxşar yazılar