Saxta içki bəlası - KORLUQ VƏ ÖLÜMƏ...
21 oktyabr 2020 16:46 (UTC +04:00)

Saxta içki bəlası - KORLUQ VƏ ÖLÜMƏ...

Saxta içkinin bir çay qaşığı içilməsi belə ciddi zəhərlənməyə səbəb ola bilər.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Bahçaşəhər Universiteti Tibb Fakültəsinnin Daxili Xəstəliklər Kafedrasının həkimi Yavuz Furunçuoğlu deyib.   

Mütəxəssis, saxta içkinin hazırlanmasında istifadə olunan metil alkoqol, spirt, donma əleyhinə mayelər, fotokopi mayeləri, solventlər, boya təmizləyicilər, lak, avtomobil şüşəsi təmizləyiciləri, təyyarə yanacaqları və karbürator təmizləyiciləri kimi maddələrin insanın həyati funksiyalarını pozduğunu bildirib.

O əlavə edib ki, saxta içkidən zəhərlənmə bulanıq görmədən korluğa qədər gətirib çıxara bilər: “Şüur bulanıqlığı, iki görmə, bulanıq görmə, görmə itiliyində azalma, qarşıda qarlı sahə varmış kimi görmə, korluq kimi əlamətlər ola bilər. Bundan başqa qarın ağrısı, öyümə-qusma, baş ağrısı, baş gicəllənməsi, bədəndə turşu yığılması, tez-tez və dərindən nəfəs alma ehtiyacı kimi simptomlara əlavə olaraq  aşağı qan təzyiqi və nəbzin yavaşlaması kimi simptomlar da görülə bilər.

Həkim qeyd edib ki, zəhərlənmə halı erkən fərq edilib, təcili müdaxilə olunmazsa zəhərlənmə ölümlə nəticələnə bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 772
avatar

Aygün İbrahimli

Oxşar yazılar