Bakıdakı 20 nömrəli məktəb-liseyin 8"L" şagirdləri koronavirusla mübarizə aparalar üçün aksiyaya başlayıblar.
Lent.az xəbər verir ki, şagirdlər keçirdikləri aksiyada Azərbaycanda koronavirusla mübarizə aparan hər kəsə təşəkkür ediblər. Aksiyada, ölkə prezidentinə, Fövqəladə Hallar Nazirliyinə, Heydər Əliyev Fondunun Regional İnkişaf Birliyinə, Dövlət Yol Polisinə və müəllimlərə təşəkkür ünvanlanıb.