Sabahın havası – BU İNSANLAR ÜÇÜN ƏLVERİŞSİZ OLACAQ
19 oktyabr 2020 13:11 (UTC +04:00)

Sabahın havası – BU İNSANLAR ÜÇÜN ƏLVERİŞSİZ OLACAQ

Oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi  yerlərdə zəif duman, çiskin olacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi əsəcək, gün ərzində arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz  20-23, Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 767  mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,  gecə və səhər saatlarında  duman olacağı ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 11-15, gündüz 22-26, dağlarda gecə 6-11, gündüz  15-20 dərəcə  isti olacaq.  

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 20-də Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi gözlənilir ki,  bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 757
avatar

Aygün İbrahimli

Oxşar yazılar